Sosial
Bəzi ərazilərdə yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 172 860 manat ziyan dəyib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Ağcabədi rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Publika.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 125 ünvanında yerləşən “Status 2024” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu Faiq Yusifov küçəsi 43, 43A ünvanında yerləşən “Gold Məkan” MMC-yə məxsus ərazidə, Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsi 257A ünvanında “Ultra Technologies” MMC-yə məxsus ərazidə, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Ultimate Solutions” MMC-yə məxsus ərazidə və Ağcabədi rayonu Qaravəlli kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 172 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq



















.jpg)





.jpg)









