Minaya düşən şəhidin cənazəsi Lənkərana gətirildi
Bizi izləyin

Sosial

Minaya düşən şəhidin cənazəsi Lənkərana gətirildi

Minaya düşən şəhidin cənazəsi Lənkərana gətirildi

Dövlət Sərhəd Xidmətinin Kiçik giziri Əsgər Nicat oğlu Musazadə Cəbrayıl rayonu ərazisində minaya düşərək şəhid olub.

Publika.az Teleqraf -a istinadən xəbər verir ki, şəhidin nəşi dəfn olunmaq üçün doğulduğu Lənkəran rayonunun Göyşaban kəndinə gətirilib. Burada keçirilən vida mərasimində şəhidin yaxınları, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kənd sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Əsgər Musazadənin cənazəsi böyük izdihamla Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Kiçik gizir Nicat Musayev peşəkar hərbçi olub və Dövlət Sərhəd Xidmətində xidmət edirdi. Onun qəhrəmancasına həlak olması hər kəs tərəfindən dərin hüznlə qarşılanıb.

Allah rəhmət eləsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm