Sosial
Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Publika.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib. O qeyd edib ki, aparılan araşdırma və monitorinq zamanı müəyyən olunub ki, Lənkəran şəhərində formalaşan tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun istismara yararsız vəziyyətdə olması səbəbindən Lənkəran şəhərində formalaşan tullantı suları müxtəlif axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılır:
“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün dənizə tökülən axarlardan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunələrində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə xəbərdarlıq məktubu ünvanlanıb”.
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO







.jpg)
.jpg)
.jpg)

.jpg)

.jpg)





















