Sosial
“Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edib” - Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib:
- Qüdrət bəy, güclü yağışdan sonra Bakı şəhərində yenə bəzi yollar bağlanıb, evlər su içərisində qalıb. Sizcə niyə ciddi qərarlar qəbul olunmur?
- Vəziyyət həqiqətən ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyəti dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da bu istiqamətdə ciddi işlər görülmür. Mən, digər deputat həmkarlarım bu məsələni Baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanı da qaldırdıq. Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, icra başçılarının eşidəcəyi güclü və təşəbbüskar Baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq, Prezidentin köməkçisi kimi daha çox iş görə bilirdi. Hazırkı şəraitdə Birinci vitse-prezident həm də Baş nazir postunu tutsa bu çox faydalı olardı. Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir, hamı Prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edib.
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO















.jpg)










.jpg)



.png)




