Sosial
AzTV-nin keçmiş rəhbərinin qardaşı oğlunun məhkəməsi: "Dedi, yaxşı fürsət var, pul qoy-pul götür"

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Babək Məmmədzadə ifadə verib.
O deyib ki, ixtisasca diplomatdır, xeyli vaxtdır Türkiyədə yaşayır, tikinti işi üzrə sahibkardır.
Babək Məmmədzadənin sözlərinə görə, Nizami Alişanla 20 ildən çoxdur tanışlıq münasibətləri var: "Nizami ilə orta məktəbdə bir sinifdə oxumuşam. Birja işlərində bacarıqlı olduğunu bilirdim, bu səbəbdən onunla iş görmək istədim. 2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy-pul götür. Mən də razılaşdım. Əvvəlcə 100 min manat sərmayə qoydum. Bir neçə aya 1 milyon 300 min manat etdi. Amma o pulu götürə bilmədim".
Babək Məmmədzadənin bildirdiyinə görə, 2023-cü ilin əvvəlində Nizaminin onu aldatmasından şübhələnməyə başlayıb: "Getdikcə Nizamiyə qarşı şübhələrim artmağa başladm. Onun müxtəlif bəhanələr gətirdiyini, məni aldatdığını gördüm. Mənə gah saxta elektron hesablar göndərir, gah da deyirdi ki, pulu başqa şirkətə köçürüb. Onun bu bəhanələrindən sonra şikayət etmək məcburiyyətindən qaldım. Şikayətimdən sonra Nizami mənimlə görüşmək barədə vəd etdi. Birlikdə görüşəcəyimiz gün onu həbs etdilər. Heç vaxt düşünməzdim ki, məni aldadar".
Hakim Vüqar Quıiyev Babək Məmmədzadədən investisiya şirkətinə qoyduğu pulları necə qazanması ilə maraqlanıb. Zərərçəkmiş bildirib ki, həmin pulları dostlarından götürüb, şəxsi avtomobilini Nizami Alişana verib.
Təqsirlındirilən şəxsin vəkili Samir İsayev Babək Məmmədzadədən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub. Zərərçəkmiş bildirib ki, Nizami Alişan qoyulmuş sərmayədən gələn aylıq qazancın yarısını alacağına vəd edib: "Əvvəl təklif etdi ki, istəyirsən daha yüksək faizlə riskli yatırım edək. Mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq”.
Məhkəmədə Nizami Alişan zərərçəkmiş Babək Məmmədzadənin aldadılması epizod üzrə sərbəst ifadə verib. Deyib ki, Babək Məmmədzadə düzgün danışmır, onun pullarını özünə qaytarıb.
Növbəti proses mayın 12-də davam edəcək.
İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.
Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.
Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma