Sosial
Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olundu - FOTOLAR
28-29 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mədəniyyət, ali təhsil və innovasiya üzrə macar-türk sammiti” keçirilib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə nümayəndə heyəti sammitdə iştirak edib.
Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hankonun moderatorluğu ilə gerçəkləşən açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev çıxış edib. Baş katib sammitin əhəmiyyətini vurğulayıb, bu qəbildən tədbirlərin dost ölkələrin mədəni əməkdaşlığına mühüm töhfə verdiyini deyib.
Sonra təhsil və innovasiya sahələrində Türk dünyası və Macarıstan arasında daha sıx əməkdaşlığa həsr olunmuş iki plenar sessiya təşkil olunub. Sessiyalarda türk dövlətlərinin təhsil və innovasiya üzrə nazir müavinlərinin çıxışları dinlənilib.
Tədbirin ikinci günündə sammit “Ortaq mədəni əlaqələrimiz: ənənələrimizi dünyaya nümayiş etdirmək üçün region olaraq necə daha yaxşı əməkdaşlıq edə bilərik?” mövzusunda üçüncü plenar sessiya ilə davam edib.
TÜRKSOY-un baş katibi Sultan Raevin açılış nitqindən sonra nazir müavini S.Yusifova ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarları çıxış ediblər.
Nazir müavini çıxışında Azərbaycan ilə Macarıstan arasında son illərdə mədəni əməkdaşlıq sahəsində əldə edilmiş uğurlu nəticələri diqqətə çatdırıb. O, iki ölkə arasında dostluq münasibətlərinin mədəniyyət sahəsində də yüksək səviyyədə inkişaf etdiyini deyib.
Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk dəfə Türk Dünyası Mədəniyyət Forumu keçirilib və türk dövlətlərinin mədəni əməkdaşlığı baxımından mühüm təşəbbüslər irəli sürülüb.
Eyni zamanda Forumun yekunlarına dair “Şuşa bəyannaməsi” qəbul olunub. Bildirilib ki, türk respublikalarının zəngin tarixi-mədəni irsini əks etdirən ortaq filmlərin, animasiyaların çəkilməsi, bu sahədə mütəxəssislər arasında mübadilə proqramlarının həyata keçirilməsi və s. xalqlarımızı daha da yaxınlaşdırar.
Sammitin sonunda bəyanat qəbul olunub. Sənəddə mədəniyyət sahəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, film sənayesi üzrə əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin muzey işi və media savadlılığı sahəsində gənclərin potensialının artırılması və s. məsələlər əksini tapıb.




-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI






.jpg)
.jpg)


.jpg)




.jpg)



.jpg)












.png)




