Sosial
Qərbi Azərbaycana dönüş tarixi haqqımızdır - Nevşehir və Kayseridə tədbir keçirildi - FOTO
Türkiyənin Nevşehir və Kayseri şəhərlərində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, “Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin icra etdiyi “Ermənistanın siyasi təxribatlarına qarşı milli strategiya – Qərbi Azərbaycan faktoru” adlı layihə çərçivəsində Türkiyənin Nevşehir və Kayseri şəhərlərində tədbirlər keçirilib.
Nevşehir Hacı Bektaş Veli Universitetində konfrans keçirilib, Kayseri şəhərində isə Yasevi dərnəyində dəyirmi masa təşkil olunub. Nevşehir Hacı Bektaş Veli Universitetinin dosenti Telli Akhun Korkmaz Azərbaycan torpaqlarında ədalətsizcəsinə yaradılmış Ermənistan Respublikasında Azərbaycan Türklərinin acı taleyindən və etnik təmizləmə siyasəti nəticəsində xalqımızın tarixi ərazilərindən zorla çıxarılmasından danışıb. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaşanan hadisələrə münasibət bildirib.
Hər iki tədbirdə Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları, düşüncə mərkəzləri, akademik dairələr, media nümayəndələri, müəllim və tələbə heyəti iştirak edib və mövzular ətrafında müzakirələr aparılıb.
İctimai Birliyin sədri Qafar Çaxmaqlı və digər çıxışçılar Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıdış mübarizəsinin perspektivlərini, siyasi və hüquqi aspektlərini, beynəlxalq normalara uyğunluğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılmış, Ermənistan hakimiyyəti isə bu ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini talan edib. UNESCO və digər beynəlxalq təşkilatların bu məsələyə diqqətsiz yanaşması da tədbir iştirakçılarının diqqət mərkəzində olub.
Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı ideoloji təxribatlarını araşdırmaq, onları beynəlxalq səviyyədə ifşa etmək və Azərbaycanın Qərbi Azərbaycana qayıdışla bağlı milli strategiyasını geniş ictimaiyyətə çatdırmaqdır.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



