Azərbaycanlı rəssamın ölümünün təfərrüatı: Bıçaqla... - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Azərbaycanlı rəssamın ölümünün təfərrüatı: Bıçaqla... - YENİLƏNDİ

Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o qanaxmadan vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

xxx

Rəssam Fərhad Yalquzaq vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib.

Onun sözlərinə görə, mərhum təkbaşına olub, vəfat edib emalatxanada qalıb.

Nəşi dostları tərəfindən tapılıb.

"Xəstə deyildi. Ölüm səbəbi bilinmir. Bu gün saat 11-də morqdan götürüləcək və sonra da dəfn ediləcək", - Pəri Miniatür bildirib.

Mərhum bu gün Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Fərhad Yalquzaq 1973-cü ildə martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm