Dünya
ABŞ Putini də “Maduro ssenarisi” ilə ələ keçirəcək? – Trampın cavabı
ABŞ prezidenti Donald Tramp Ağ Evdə neft və qaz şirkətləri rəhbərləri ilə görüş zamanı jurnalistin Rusiya prezidenti Vladimir Putini "Venesuela ssenarisi"ndən istifadə etməklə ələ keçirməyin mümkünlüyü ilə bağlı sualını cavablandırıb.
Publika.az xəbər verir ki, jurnalist Ukrayna Prezidenti Volodimyr Zelenskinin Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə bağlı şərhində "diktatorlara qarşı belə davranılırsa, ABŞ bundan sonra nə edəcəyini bilir" deməsini misal çəkib.
ABŞ prezidenti suala cavab verərkən bunun zəruri olduğuna inanmadığını bildirdi.
"Düşünmürəm ki, buna ehtiyac olacaq. Bizim həmişə əla münasibətlərimiz olub. Çox məyus oldum. Səkkiz müharibəni həll etmişəm. Düşünürdüm ki, bu, orta bir yerdə, ya da bəlkə də ən asan müharibələrdən biri olacaq. Son bir ayda 31.000 insan itiriblər, onların çoxu rus əsgərləridir və Rusiya iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Düşünürəm ki, nəhayət bunu həll edəcəyik", - Donald Tramp deyib.
Tural
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI































