Sosial
Leyla və Arzu Əliyevalar Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub.
Publika.az xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb.
Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyeva və Arzu Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.
Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev ilə görüşmüş, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-nin Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilmişdir.
-
Sosial19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO












.jpg)
.webp)


















.jpg)

