Sosial
Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - Açıqlama
Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.
Publika.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində tarif dəyişiklikləri haqqında danışarkən bildirib.
Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir:
“Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, o cümlədən 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi və stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlər prioritet təşkil edir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında əksini tapacaq”.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ















.jpg)



















