Sosial
Milli Məclisin və Vəkillər Kollegiyasının təşəbbüsü ilə Binəqədidə aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib
İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
Publika.az xəbər verir ki, aksiyanı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, hazırda ölkəmizdə ictimai həyatın bütün sahələrində geniş islahatlar gedir. Bu istiqamətlərdən biri də hüquqi qanunvericilik, hüquq maarifçiliyi, vətəndaşların hüquqlarının reallaşması sahəsində şəffaflıq mühitinin yaradılmasıdır.
Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinin bu təşəbbüsü təqdirəlayiqdir, hər vasitə ilə geniş təbliğ olunmalı və vətəndaşlarla ikitərəfli əlaqələrin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Seçicilərin pulsuz hüquqi xidmətə, ölkədə gedən böyük quruculuq prosesinə hüquqi cəhətdən dəstək verməsinə hər vasitə ilə yardım olunmalıdır. Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin Binəqədi sakinləri ilə görüşə gəlməsi, düşünürük ki, yaxşı bir ənənəyə çevriləcədir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova seçicilərə pulsuz hüquqi yardımın göstərilməsini rayonun ictimai-siyasi həyatında mühüm bir hadisə kimi dəyərləndirib. O, bildirib ki, hüquqşünaslarımız sakinlərin illərdən bəri davam edən hüquqi problemlərin, ev, mənzil, mülkiyyət sahəsində mürəkkəb məsələlərin həllində yaxından yardım edəcəklər.
Sonra hüquqşünqslar Nuriyyə Abbasova və Gülgün Kərimova sakinlərin arzu və istəklərini dinləyib , qarşılaşdıqları problemlərin hüquqi cəhətdən həll yollarını göstəriblər. Vəkillər bildirib ki, bu tədbirdə seçicilər tərəfindən qaldırılan məsələlərin sona qədər həll olunmasına çalışacaqlar. Aksiyada mənzil qeydiyyatı, evlərin qazlaşdırılması, su və işıq çəkilməsi, bank problemləri, vərəsəlik qaydaları və digər məsələlərlə bağlı vətəndaşların onlarla sorğusu operativ şəkildə cavablandırılıb və bununla bağlı müvafiq sənədləşmə qaydaları icra edilib.
Binəqədi sakinləri aksiyanın keçirilməsindən razılıqlarını bildirmişlər.
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)












.jpg)


















