Sosial
Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi - Foto
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda qəbullar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunan qəbullarda vətəndaşların müraciət və təklifləri yerində dinlənilir, müvafiq addımlar atılır. Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 16-da Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunub.
Publika.az xəbər verir ki, qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















