Sosial
Azərbaycanda yerli ərzaqlıq buğda tədarükü elan edildi: Sentyabrın 1-nə qədər...
Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Publika.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən I, II və III sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməldiir.
Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Bildiririk ki, ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanına uyğun pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təhvil verdiyi ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 23 iyun 2025-ci il tarixli sərəncamında müəyyən edilən 400 manat dövlət tədarük qiymətindən az olduğu hallarda aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalını Aqrar Subsidiya Şurasının yeniləməsi nəzərdə tutulub.
Yuxarıda qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərinin akkreditasiya olunmuş laboratoriyanın təsdiq etdiyi keyfiyyət göstəriciləri də əlavə edilməklə [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
-
Qoroskop00:15Günün ulduz falı - Ondan gələn xəbər sizi sevindirəcək
-
Magazin15 Aprel 23:12"Maska"da bu gün bu obrazlar var idi - VİDEO
-
Yaxın Şərq5 Aprel 22:48Netanyahu Trampı təbrik etdi
-
Magazin15 Aprel 22:00Tolikin evində toydur
-
Hadisə5 Aprel 20:12FHN sel təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
-
ABŞ5 Aprel 19:48İrandakı müxaliflərə silah göndərilib, amma... - Tramp ETİRAF ETDİ
-
Ekologiya5 Aprel 17:20Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
ABŞ5 Aprel 17:10ABŞ İranla müharibədə neçə təyyarə itirib? - CNN hərbi sirri yaydı











.webp)






.jpg)




















