Sosial
“İstisu” istirahət mərkəzi zibil içində batır - FOTO
Masallıda “İstisu” kimi tanınan istirahət mərkəzinin yaxınlığındakı meşə zolağı zibil tullantıları ilə çirkləndirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, məsələ ilə bağlı yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, Masallı–Yardımlı yolu boyunca yerləşən müxtəlif meşəlik ərazilər buraya ziyarətə gələn şəxslər tərəfindən zibillənir.
“Əraziyə nəzarət olunmadığı üçün hər gələn özü ilə gətirdiyi ərzağı yeyib-içdikdən sonra qalıqları elə meşəyə atıb gedir. Buna görə də hər tərəf zibil içindədir. Nə təmizləyən var, nə də gələnlərə "dur" deyən”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, sözügedən istirahət mərkəzi hər il yay mövsümündə turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir.


-
Ekologiya09:32Bakıda sulu qar yağır
-
MDB09:21Əhalinin Yeni il süfrəsi üçün nə qədər pul xərcləyəcəyi açıqlandı
-
Dizayn07:30"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI




































