Sosial
Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb.
Publika.az xəbər verir ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyyat olunduğunu bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra bir neçə gün xəstəxanada müalicə alıb və artıq evə buraxılmağa hazırlaşırmış:
"Beş gün xəstəxanada qaldım. Ertəsi gün çıxmalı idim. Anidən vəziyyətim pisləşdi. Həkimlər bildirirlər ki, ürəyim iki dəfə dayanıb - biri 45 dəqiqə, digəri isə 15 dəqiqə davam edib. Təxminən 3-4 gündən sonra tam olaraq özümə gəlmişəm".
Qeyd edək ki, pasiyentin həyatını xilas etmək üçün 45 dəqiqə fasiləsiz mübarizə aparan həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Jalə Müslümova olub.
Ətraflı "Baku" TV-nin süjetində:
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər

















.jpg)
.png)


















