ABŞ
Suriyada ABŞ qoşunlarına edilən hücumun təfərrüatları AÇIQLANDI
Suriyada ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçuları amerikalı polkovnik-leytenantla Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi arasında keçirilən görüş zamanı hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti amerikalı rəsmi şəxsə istinadla məlumat yayıb.
“Hücum əsgərlərin yerli amerikalı komandan - polkovnik-leytenant və Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi arasında İŞİD-lə mübarizə məsələsi üzrə keçirilən görüşü mühafizə etdikləri vaxt baş verib”, - mənbə deyib.
Qəzetin məlumatına görə, atəş açan şəxs görüşün keçirildiyi otağın pəncərəsinə yaxınlaşıb və hərbçilərə pulemyotdan atəş açıb. ABŞ və Suriya qüvvələri cavab atəşi ilə qarşılıq verib. Daha sonra suriyalı hərbçilər hücumçunun təqibinə başlayıb. Nəticədə atəş açan şəxs - İŞİD silahlısı zərərsizləşdirilib.
Dekabrın 13-də Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell bildirib ki, Suriyanın Palmira şəhərində ABŞ-ın iki hərbi qulluqçusu və bir mülki tərcüməçi hücuma məruz qalıb və nəticədə həlak olub. Onun sözlərinə görə, daha üç nəfər yaralanıb.
ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı hərbçilərə qarşı İŞİD tərəfindən həyata keçirilən hərəkətlərdən sonra “ciddi cavab tədbirləri” görüləcəyini vəd edib.
Hüseyn İbadlı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc




















.jpg)
















