Sosial
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirildi - FOTO/VİDEO
Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Publika.az xəbər verir ki, təlim Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin xilasediciləri, Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişi “xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
-
İdman19 May 23:00Alonso Mbappeyə elçi düşdü




































