Sosial
Bu şəxslər hərbi çağırışdan azad edilir
Bəzi tibbi əməliyyatlar keçirmiş şəxslər hərbi xidmətə yararsız hesab olunur və çağırışdan azad edilir. Bəs öd kisəsi çıxarılan şəxslər hərbi xidmətə yararlı hesab olunur?
Publika.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-a bu barədə danışıb.
O bildirib ki, "Öd kisəsinin cərrahi yolla çıxarılması - xolesistektomiya əməliyyatı" diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar müəyyən qaydalar əsasında qiymətləndirilir.
"Bu qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsaslanır. Sözügedən sənədin "Xəstəliklər cədvəli"nin I qrafasına uyğun olaraq, belə çağırışçılar "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər", - o qeyd edib.
-
Dünya02:19İsrail Tehrandakı SEPAH qərargahını vurdu
-
Qoroskop01:40Günün ulduz falı: Özünüzü sübut etmək üçün fürsətlər yaranacaq
-
ABŞ00:45Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması
-
Region6 Aprel 23:55İranın 10 bəndlik sülh təklifində nələr var?
-
ABŞ6 Aprel 21:51Cəsur döyüşçülərimizi evə qaytarmaq üçün... - Tramp əmr verdi
-
ABŞ6 Aprel 19:50Tramp İran üçün son tarixi açıqladı
-
Elm və təhsil6 Aprel 18:30Bakıda dərslər dayandırıldı? - Universitetlərdən açıqlama
-
Dünya6 Aprel 18:20İsrail İranın ən böyük neft-kimya müəssisəsinə hücum etdi - Yeniləndi

































