Sosial
İstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni qərar
"İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları" təsdiq edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, qaydalar istehlak bazarlarında (elektron ticarət daxil olmaqla) texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirləri qanunun tələbləri nəzərə alınmaqla, bu qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
Sahibkarlıq sahəsində aparılan yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq həyata keçirilir.
-
Magazin120:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
















.jpg)
.jpg)

















.png)



