Kişi paltarı geyinib, 45 min manat oğurlayan qadın saxlanıldı
Bizi izləyin

Sosial

Kişi paltarı geyinib, 45 min manat oğurlayan qadın saxlanıldı

Babək rayonunda oğurluq edən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ayşən Mustafayeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluq törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm