Zelenskinin yeni planı üzə çıxdı: BMT Baş Assambleyasında nə TƏLƏB EDƏCƏK?
Bizi izləyin

Dünya

Zelenskinin yeni planı üzə çıxdı: BMT Baş Assambleyasında nə TƏLƏB EDƏCƏK?

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinə dəstəyin zəifləməsi fonunda BMT Baş Assambleyasında Ukraynaya daha aktiv yardım tələb edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, Zelenski bu həftə BMT-dəki çıxışı və ABŞ prezidenti Donald Trampla görüşü zamanı müttəfiqlərindən daha çox dəstək istəyəcək. Xəbərin müəllifinin iddiasına görə, o, gizlincə müharibənin yeni mərhələsinə də hazırlaşır.

Ukrayna prezidenti həmçinin Ağ Evdən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi xahiş edəcək.

Qeyd edək ki, hazırda Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası keçirilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm