Dünya
Ərdoğanın BMT tribunasından verdiyi mesaj: Bütün dünya bu çıxışdan danışır - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi mesajlar dünya mətbuatında geniş işıqlandırılıb.
Publika.az “Hürriyet”ə istinadla xəbər verir ki, Ərdoğan çıxışında Fələstin dövlətini tanıyan ölkələri təbrik edib və iki dövlətli həllin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
“Newsweek” Ərdoğanın sözlərindən sitat gətirib: “Ədalətli sülh yalnız 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti ilə mümkündür”.
“Fox News”a müsahibəsində isə Ərdoğan Qəzzada baş verənləri “soyqırımı” adlandırıb və buna görə məsuliyyəti İsrailin baş naziri Benyamin Netanyahunun daşıdığını deyib.
“Caliber.az” yazıb ki, Ərdoğan BMT Təhlükəsizlik Şurasını ədalətsiz quruluş adlandıraraq islahatlara çağırıb. Onun sözlərinə görə, qlobal problemlərin ədalətli həlli üçün beş daimi üzvün hökmranlığına son qoyulmalıdır.
“Middle East Eye”ın yazdığına görə, Ərdoğan İsrailin işğal və ilhaq siyasətini “Fələstin dövlətini məhv etməyə yönəlmiş plan” adlandırıb və buna icazə verilməyəcəyini bəyan edib.
“AnewZ” isə, Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşündə regional məsələləri, Qəzza münaqişəsi, Ukrayna müharibəsi və Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirib. Həmçinin bəyan edilib ki, Ərdoğan Türkiyə-ABŞ ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyir.
“Əl Ərəbiyyə” kanalı Tramp-Ərdoğan görüşündə F-35 döyüş təyyarələri məsələsinin gündəmdə olacağını yazıb. Məlumata görə, Ərdoğan Vaşinqtondan həm F-35, həm də F-16-larla bağlı əməkdaşlıq gözləyir.
Roza

-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR
-
İqtisadi gündəm11:26
Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər
-
İdman10:48
Devid Bekhemin Viktoriyası gənclikdə belə görünürmüş - Heyrətamiz FOTO
-
Nida Xəbər 10:45
Əli Əsədov qərar imzaladı
-
ABŞ10:36
Kirkin qətlinin əsas motivi: Onlar ABŞ-da fəallaşırlar, son nöqtə qoyuldu
-
MDB09:52
Ukrayna Rusiyanın bu vilayətini qorxu altında saxlayır: Vəziyyət gərgindir
-
Magazin109:20
Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”