Sosial
FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi - VİDEO/FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Ağcabədi “ASAN xidmət” mərkəzində “İnzibati binalarda mümkün yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərəçəkmişlərin xilas edilməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

-
İdman11:56
Messinin Antonellasından FOTOSESSİYA: Zinət əşyaları göz qamaşdırdı
-
MDB11:50
Paşinyan Lukaşenko ilə barışdı - FOTO
-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
-
ABŞ08:24
Tramp Türkiyə nümayəndə heyəti ilə bağlı görün nələr deyib - VİDEO
-
Sosial07:47
Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO
-
ABŞ07:30
ABŞ-dan İNANILMAZ TƏKLİF - Onu nüvə zərbəsi ilə məhv edək
-
Magazin106:16
“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - VİDEO