Xətai prospektində yol bağlanacaq
Bizi izləyin

Sosial

Xətai prospektində yol bağlanacaq

Xətai prospektində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 3 oktyabr saat 22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaqdır.

Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm