Sosial
Suraxanıda Müəllimlər Günü qeyd edildi - FOTOLAR

Oktyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “5 oktyabr – Beynəlxalq müəllimlər günü”nə həsr olunmuş “Konstitusiya və Suverenlik İli: Müəllimlərin missiyası və rolu” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, rayon təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Adil Əliyev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
RİH başçısı qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əmək haqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu diqqətə çatdırıb.
Həmçinin, 226 №li tam orta məktəbin direktoru Arzu Məmmədova, Ə.Eyvazov adına 275 №li tam orta məktəbin direktoru Elnur Hüseynov, M.Bayramov adına 196 №li tam orta məktəbin direktoru Nizami Niftiyev, 277 №-li körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva, eləcə də Vətən müharibəsi şəhidi Elvin Əlimovun anası, 280 №li tam orta məktəbin müəllimi İradə Əlimova çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu və yaradılan bu şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.
-
İdman16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
-
Sosial15:22
Azərbaycanda görünməmiş hadisə: Xanım sevgilisinə evlilik təklif etdi - VİDEO
-
Hadisə13:54
Məmurun evindən 340 min manat oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
Dünya12:54
Naxçıvandan qayıdan İlbər Ortaylının halı pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO
-
İdman12:24
Türkiyə futbolunun əfsanəsi: Qurban olum Qurban hocaya - VİDEO
-
MDB12:06
İbrahim Süleymanov Rusiyada həbs edildi: Sirli milyarder nədə ittiham olunur?
-
Dünya11:12
Trampın qorxusu: 2026-cı ildə sağ qalmaq istəyirəm
-
ABŞ10:48
O bacılar 36 ildən sonra tapıldılar: Böyük səs-küy yaradan hadisə - FOTOLAR