Sosial
9 ayda geri qaytarılan ƏDV-nin məbləği açıqlandı

Azərbaycanda 9 ayda geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 140 milyon 216,0 min manat olub.
2025-ci ilin 9 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 7 milyon 928,2 min manat təşkil edib.
-
Rəsmi xronika17:20
İlham Əliyev Qəbələdə Orban ilə görüşdü
-
Nida Xəbər 15:40
Sadır Japarov Azərbaycana gəldi - FOTO
-
MDB15:28
Kremldən Putinin nəvələri ilə bağlı açıqlama: Onu necə təbrik edəcəklər?
-
Nida Xəbər 15:11
Orban artıq Qəbələdədir: Ərdoğanla Tokayev də gələcək
-
Hadisə14:02
Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var
-
Səhiyyə12:14
Əhalinin nəzərinə: Oktyabrın 8-dən...
-
Sosial11:56
Rusiya xüsusi sistem hazırlayıb: Azərbaycanda da satılan bu zərərli məhsullarla bağlı
-
Rəsmi xronika11:50
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi