Sosial
Yeni nazirliyin yaradılması təklif edildi

Bir neçə dəfə çıxışlarımda demişəm ki, gəlin yeni nazirlik yaradaq, adı da Problemlərin Həlli Nazirliyi olsun.
Publika.az Globalinfo-ya istinadla xəbər verir ki, istinbadla xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, uzun illər boyu Azərbaycan vətəndaşı müxtəlif məsələlərin həllində, sadə sənədlərin əldə edilməsində çox vaxt itirirdi:
“Bəzən bir arayış, bir icazə və ya bir sənəd üçün günlərlə, hətta həftələrlə gözləməli olurdu. Bu isə vətəndaş məmnunluğuna mənfi təsir göstərirdi. Lakin ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan ASAN Xidmət modeli bu sahədə inqilabi dəyişikliklərə səbəb oldu. Mən qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan vətəndaşı məmnunluğun ən yüksək səviyyədə təmin olunduğu bir sistemə sahibdir.
ASAN Xidmətdə hər bir sorğuya operativ cavab verilir, hər bir tənqid və ya şikayət dərhal dəyərləndirilir. Təəssüf ki, digər qurumlarda hələ də bu yanaşmanı tam görmürük. Bu baxımdan düşünürəm ki, müzakirə etdiyimiz qanun layihəsi bu modelin daha da genişlənməsinə, dövlət idarəçiliyinin çevik və şəffaf fəaliyyətinə xidmət edəcəkdir.
Eyni zamanda, məncə, "ASAN Xidmət indeksi” ideyasının formalaşması çox müsbət haldır. Lakin bu təşəbbüsü təkcə bir qurumla məhdudlaşdırmadan, “Dövlət Xidmətləri İndeksi” adı ilə ümumiləşdirmək daha məqsədəuyğun olardı. Bu, bütövlükdə dövlət sistemində xidmət keyfiyyətinin ölçülməsi və inkişafına töhfə verəcəkdir”.
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı