Magazin1
Natiq Şirinov 10 minlik məhkəməni də uduzdu
Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında xeyli vaxtdır davam edən məhkəmə çəkişmələri başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ramil Cahangirovun vəkili Gülşən Salmanova məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmə nağaraçıların işində son qərarını elan edib. Natiq Şirinov keçmiş qrup üzvünə qarşı maraqlı iddia irəli sürmüşdü. O, Ramil Cahangirovu ona məxsus “qavaldaş nağara” əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi.
Xalq artisti həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayaraq rədd edib. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin edib.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
Ramil isə qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib.
Bu gün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib.
Son qərarla Natiq Şirinovun iddiasının qismən təmin ediməsi ilə bağlı əvvəlki qərar tamamilə rədd edilib.
Hakim bəyan edib ki, “qavaldaş daşı”dan istənilən nağaraçı istifadə edə bilər və bu halda “mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı















.jpg)




















