Sosial
İlk dəfə: Küçəni batıran itin sahibi CƏRİMƏLƏNDİ - 31 manat 90 qəpik
Moskva sakini küçədən itinin sidiyini təmizləmədiyinə görə, 1500 rubl (təxminən 31 manat 90 qəpik) cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlum olub ki, işin bu qədər böyüməsinə qonşu səbəb olub. Belə ki, küçəni batıran itin sahibinin tullantıları hər zaman diqqətlə təmizlədiyi məlum olub. Lakin onun qonşularından birinin itlərə nifrət etdiyi ortaya çıxıb. O, heyvanlara qışqırır və hətta itlər ölsün deyə, həyətə zəhər səpirmiş.
İtin baytarlıq müayinəsindən keçdiyi halda, qonşu qadın şikayət edib ki, guya sahibi heyvanı təmizləməyib və onu mənzildə qeydiyyata salmayıb.
Şikayətdən sonra müfəttişlər həyətdə quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxıblar. Məlum olub ki, sahibi tullantıları torbaya qoyub, lakin otları təmizləməyib. Buna görə də o, 1500 rubl cərimə edilib.
Qeyd edək ki, bu, Rusiyada vətəndaşın itin bu əməlinə görə cərimələnməsi ilə bağlı ilk hadisədir.
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!































.jpg)




