Sosial
Cahangir Əsgərovun bankının mənfəəti azaldı
Bu ilin üçüncü rübündə “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% azalaraq 9 milyon 505 min manatdan 9 milyon 92 min manata düşüb.
Publika.az Teleqraf-a xəbər verir ki, hesabat dövründə “Premium Bank” müştərilərə kreditləri 2.3% və ya 10.9 milyon manat artaraq 477 milyon 536 min manata çatdırıb. Maraqlıdır ki, bu kreditlərin tərkibində istehlak kreditləri üstünlük təşkil edib. Əvəzində biznes kreditləri 350 milyon 138 min manatdan 349 milyon 748 min manata düşüb.
9 ayda hüquqi şəxslərin bankdakı vəsaitlərinin həcmi də azalıb. Hüquqi şəxslərin depozitlər 9.4 milyon manat azalaraq 85 milyon 706 min manatdan 76 milyon 312 min manata enib.
Bankın kapitalında bölüşdürülməmiş mənfəət 14 milyon 254 min manatdan 13 milyon 305 min manata, ümumi ehtiyatlar 9 027 min manatdan 8 815 min manata düşüb.
Qeyd edək ki, bankın səhmdarları “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC (15.22), Cahangir Əsgərov (84.47) və Elvira Əhmədovadır (0,31%). Onu da qeyd edək ki, C.Əsgərova qədər bankın əsas səhm paketi Zərifə Həmzəyevada olub. O bu ilin yanvarında vəfat etdikdən sonra bankın nizamnaməsinə əsasən səhmləri Cahangir Əsgərova ötürülüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2024-cü ilin yekununda onun nizamnamə kapitalı 168 milyon 199 min manat təşkil edib. Bu ilin 9 ayında bank nizamnamə kapitalını 28 milyon manat artıraraq 196 milyon 721 min manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
































.jpg)




