Sosial
FHN-in Bakı Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil etdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Nazirlikdən verilən xəbərə görə, məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır







.jpg)




.jpg)

.jpg)
.jpg)
















