Sosial
YAP-dan Ramiz Mehdiyevin həbsinə - REAKSİYA

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəsisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O qeyd edib ki, uzun müddət dövlət idarəçiliyində yüksək postda çalışmış şəxsin sonradan belə əməllərini ortaya çıxıb: “Eyni zamanda bu əməllər araşdırılmalıdır ki, o, hansı dövrdə olub. Ola bilsin, o, vəzifədən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq”.
YAP İdarə Heyətinin üzvü bildirib ki, vəzifəsindən, tutduğu postdan asılı olmayaraq hər hansı bir şəxsin xətası varsa, cəzasını çəkməlidir:
“Demokratiyanın ən bariz nümunəsi də məhz budur. Ola bilsin ki, onun işlədiyi dövrdə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə, ona cavab verməlisən, cəzasını çəkməlisən”.
A.Rəhimzadə Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını bildirib: “Ancaq onun faktiki YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə o, YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var