Sosial
Bakının bu küçəsində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Publika.az xəbər verir ki, bu çərçivədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMC tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır.
Layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib. Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək.
İşlər yaxın günlərdə yekunlaşdırılacaq.




-
İdman15:24
Abramoviç milyonlar verəndən sonra yoxa çıxan məşqçi: Azərbaycandan təklif alıbmış
-
Dünya15:18
Moskvaya gedən Əl Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu
-
Nida Xəbər 14:32
Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir