Sosial
Bakıda reabilitasiya mərkəzində narkotik satılır? - Rəsmi CAVAB
Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbə sakinləri gündüzlər qorxudan evdən bayıra çıxa bilmədiklərini, gecələr isə vahiməli qışqırtılardan mənzillərində rahatlıq tapmadıqlarını iddia edirlər.
Publika.az xəbər verir ki, Xəzər TV-yə danışan Biləcəri 16 küçəsinin sakinləri bildiriblər ki, bir ildir məhəllədə narkotik asılılığından əziyyət çəkənlər üçün fəaliyyət göstərən reabilitasiya mərkəzi onların rahatlığını pozub.
Vətəndaşların sözlərinə görə, gecələr mərkəzdən müalicə alan xəstələrin məhəlləyə qaçıb qışqırması və dava-dalaşı artıq adi hala çevrilib: "Səs-küy olur. Spirtli içki qəbul edirlər. Hər gün içki butulkalarını süpürürəm. Narkoloji dispanser adı ilə fəaliyyət göstərən mərkəz bu gün narkotik satışı edir".
Reabilitasiya mərkəzi kimi fəaliyyət göstərən üçmərtəbəli villa sahibinin nəvəsi isə bildirib ki, sözügedən mərkəzi atası işlədir və iddia olunanların hamısı yalandır.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli isə qeyd edib ki, reabilitasiya mərkəzinin fəaliyyətinə aidiyyəti dövlət qurumları ilə birgə xüsusi diqqət göstərilir: "Daxil olunan bütün müraciətlər, sorğular, iddialar yoxlanılır. Sözügedən mərkəzlə bağlı iddialar araşdırılıb və hər hansı əsaslı sübut müəyyən olunmayıb".
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
































.jpg)




