Sosial
Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.
Buraxılış mərasimində partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışılıb. Təhlükəli maddələr aşkar edildiyi halda ona toxunmadan dərhal zərərsizlədirmə qrupuna məlumat verilməsi tövsiyə edilib.
Kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.
Sonda qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.
-
İdman19:48
Millimizin üzvü məşqçisinə bahalı avtomobil hədiyyə etdi - FOTO
-
Nida Xəbər 16:20
Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Ankara İrəvana nə deyib? – Mirzoyan açıqladı
-
Maraq dünyası15:22
"Poverbank" sərnişin dolu təyyarəni necə məhv edə bilər? - VİDEO
-
MDB14:02
Rusiyanın aparıcı ideoloqlarından olan məşhur Kara-Murza vəfat etdi
-
MDB10:25
Putini Macarıstan səmasında belə qoruyacaqlar: General detalları açıqladı
-
Avto10:13
Məşhur şirkət 700 min avtomobilini geri çağırdı
-
MDB09:52
Zelenski: "Putin mənə nifrət edir!"
-
Ekologiya09:34
Bəzi ərazilərə leysan, Şahdağa qar yağdı