CAS İsrailin şikayətini rədd etdi: FIG bəyanat yaydı
Bizi izləyin

İdman

CAS İsrailin şikayətini rədd etdi: FIG bəyanat yaydı

Beynəlxalq Gimnastika Federasiyası (FIG) İdman Arbitraj Məhkəməsinin (CAS) İsrail Gimnastika Federasiyasının verdiyi apellyasiya şikayətini rədd etməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Publika.az xəbər verir ki, bundan əvvəl İndoneziyanın hüquq, insan haqları və immiqrasiya üzrə əlaqələndirici naziri Yusril İhza Mahendra bəyan etmişdi ki, hökumət İsrail gimnastlarına viza verməyəcək, çünki bu, ictimaiyyətin qəzəbinə səbəb ola bilər.

“FIG etiraf edir ki, İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsi (CAS) İsrail Gimnastika Federasiyasının təxirəsalınmaz müvəqqəti tədbirlərin görülməsinə dair tələblərini tamamilə rədd edən qərar qəbul edib.

FIG ardıcıl olaraq vurğulayır ki, onun İndoneziyaya giriş vizaları ilə bağlı heç bir səlahiyyəti yoxdur. İndoneziya hakimiyyətinin İsrail vətəndaşlarına viza verməkdən imtina etmək qərarı FIG-nin səlahiyyəti və nəzarəti xaricindədir.

FIG bu fürsətdən istifadə edərək vurğulayır ki, dünya miqyasında gimnastikanı idarə edən beynəlxalq idman federasiyası siyasi cəhətdən neytraldır və ciddi şəkildə öz Nizamnaməsi və Əsasnamələri çərçivəsində, həmçinin Olimpiya Hərəkatının əsasını təşkil edən neytrallıq və ayrı-seçkiliyə yol verməmək prinsiplərinə uyğun fəaliyyət göstərir.

FIG mövcud vəziyyətdən və onun idmançılara təsirindən dərin təəssüf hissi keçirir”, – təşkilatın rəsmi saytında FIG-dən sitat gətirilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm