Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Ankara İrəvana nə deyib? – Mirzoyan açıqladı
Bizi izləyin

Nida Xəbər

Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Ankara İrəvana nə deyib? – Mirzoyan açıqladı

“Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqumuz var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar arasında”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində bildirib.

"Müxtəlif nazirlikləri demirəm. Deməli, dialoq heç bir ilkin şərt olmadan aparılıb və aparılır. Eyni zamanda, türkiyəli həmkarlarımız Ermənistan-Azərbaycan münasibətləri normallaşmayana qədər sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulması prosesini başa çatdıra bilməyəcəklərini vurğulayırlar.

İndi hazırdır. Ermənistan-Azərbaycan sülh sazişi paraflanıb. Onun mətni ilə bağlı heç bir mübahisə yoxdur. Şəxsən mən Ermənistan-Türkiyə sərhədinin açılmasında heç bir problem görmürəm, Ermənistan-Türkiyə diplomatik münasibətlərinin qurulmasında da heç bir problem görmürəm.

Bunu türkiyəli həmkarlarımız da təsdiqləyiblər. Onlar sərhədləri açmağa, dəmir yolu xidmətini bərpa etməyə, birbaşa ikitərəfli ticarəti təzələməyə hazır olduqlarını bildirirlər və faktiki olaraq bunu nümayiş etdirirlər. Ona görə də inanıram ki, qarşıdakı həftələrdə və aylarda bu istiqamətdə çox nəzərəçarpacaq irəliləyiş əldə edəcəyik. Bu, bilmirəm, ən çoxu bir neçə ay çəkər. Bu mənim anlayışımdır. İşlərin necə olacağını görəcəyik”, - Ermənistan XİN rəhbəri bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm