Sosial
Azərbaycan Futbolunda yenilik - 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı
Azərbaycan futbolunda yeni bir mərhələ başlayır. Peşəkar Futbol Liqası və “Avrora Qrup”un
“Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, ölkəmizin ən
nüfuzlu futbol turnirlərindən biri olan Azərbaycan Kuboku bundan sonra “Bizon Azərbaycan
Kuboku” adı altında keçiriləcək. Qeyd edək ki, son illər dövlət dəstəyi ilə daha da böyüyən,
bütün Azərbaycanı əhatə edərək 34 komanda arasında keçirilən turnir ölkə futbolunun daha da inkişafını hədəfləyir.
Məlumat üçün bildirək ki, bu müqavilə ilə Azərbaycan Kubokunun ad hüququ Bizon brendinə
məxsus olacaq. Bu əməkdaşlıq BİZON markasının idmanın inkişafına, xüsusi ilə futbolun
populyarlaşmasına verdiyi dəstəyin göstəricisidir.
Həmçinin Avrora Qrup ölkə idmanına çox böyük tövhələr verməkdədir. Belə ki, uşaq futbolunun
inkişafı üçün “Europan Futbol Academy”, futzal üzrə futbolun inkişafı üçün “Araz-Naxçıvan”
futbol klubuna, peşəkar futbolun inkişafı üçün “Zirə” futbol klubuna, voleybolun inkişafı üçün
Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubuna sponsorluqlarla öz dəstəyini
verməkdədir.
Yeni mövsümdə keçiriləcək Bizon Azərbaycan Kuboku azarkeşlərə daha maraqlı və həyəcanlı
qarşılaşmalar vəd edir.
-
İdman19:30Türkiyə futbolu qarışdı: Hakimlərin 65 faizi qumar oynayırmış
-
Nida Xəbər 19:19Ramiz Mehdiyevin "Dövlət Şurası"nda müxalifət liderləri də var - ŞOK
-
Region19:10Ərdoğan Starmeri qəbul etdi - Foto
-
Sosial18:40Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı
-
Nida Xəbər 15:20Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
-
Avropa14:16Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO





























.jpg)



