Bu şəxslərin maaşı artırıldı - Əli Əsədovdan QƏRAR
Bizi izləyin

Sosial

Bu şəxslərin maaşı artırıldı - Əli Əsədovdan QƏRAR

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əmək haqları artırılıb.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı

artım əmsalları tətbiq ediləcək:

- baş həkim – 3 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

Qeyd edək ki, bu qərar avqustun 1-dən tətbiq edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm