Sosial
Ötən həftə “Milyonların şousu”nda 8 min qazanmışdı - Dələduzluğa görə həbs olundu
İnsanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldadan şəxslər saxlanılıblar.
Publika.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin keçirdiyi tədbirlə bu əməldə şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.
Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Yusif Abdullayev oktyabrın 18-i “Milyonların şousu” verilişində iştirak edib və 8 min manat pul mükafatı qazanıb.

-
Sosial17:48Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
-
Hadisə17:15Azərbaycanda zəlzələ oldu
-
Rəsmi xronika16:52Prezident bir sıra məhkəmələrə sədr təyin etdi
-
Sosial16:36Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq etdi
-
Sağlamlıq16:02Əfsanəvi suşi aşpazı sirri açdı: 100 yaşa necə çatıb?
-
Sosial15:56Yayılan xəbərlərdən sonra gecə ilə “Bolmart”ın rəhbəri dəyişdi, amma... - FOTOFAKT
-
İdman15:14Otel otağında sürpriz: Vinisius üç uşaq anası olan sevgilisi ilə barışdı - FOTO/VİDEO
-
Rəsmi xronika13:29İlham Əliyev bu nazirliklə bağlı sərəncam imzaladı








.jpg)









.jpg)










.jpg)





