Sosial
Bu avtobusda gedişhaqqı artdı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 71 nömrəli müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.
AYNA-dan Publika.az-a verilən məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.
Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərəcək.
Marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -



















.jpg)



















