FHN gücləndirilmiş iş rejimində çalışacaq
Bizi izləyin

Sosial

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm