Sosial
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi
"Azərsun Holdinq” ordumuzun Zəfər Gününü media nümayəndələri ilə birlikdə Azərbaycanın ilk inklüziv kafesi “Kashalata”da qeyd edib. İkinci Qarabağ Müharibəsində qazanılan böyük qələbənin beşinci ildönümü münasibətilə təşkil olunan görüşdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək, bu tarixi günün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Şirkət rəsmisi “Azərsun Holdinq”in müharibə dövründə bütün gücü ilə səfərbər olduğunu, müharibədən sonra isə bu istiqamətdə onlarla layihə icra etdiyini bildirib. O, eyni zamanda “Kashalata” ilə əməkdaşlıq barədə də məlumat verərək, yaxın günlərdə inklüzivliyin təşviqi məqsədilə burada təcrübə keçən bir autizmli gəncin işə alınacağını qeyd edib.
İntellektual yarış formatında təşkil olunan görüşdə iştirakçılar həm bilik, həm də diqqət və məntiq bacarıqlarını sınayıblar. Nəticədə ən çox xal toplayan komanda qalib elan olunub və “Azərsun Holdinq” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək






































