Sosial
GİKM regionlarda Zəfərin 5 illiyinə həsr olunmuş tədbirlər keçirdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən 5 il ötür. 8 Noyabr – Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, gücünü və qüdrətini simvolizə edən əlamətdar tarix kimi qeyd olunur. Bu möhtəşəm qələbənin ildönümünü region gəncləri də böyük qürur və sevinc hissi ilə qeyd ediblər.
Publika.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsində də Anım Gününə həsr olunmuş silsilə fəaliyyətlər həyata keçirilib. Region gənclərinin iştirakı ilə keçirilən tədbirlərdə ilk olaraq Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib.
Həmçinin region gəncləri üçün “Zəfər Tariximiz” mövzusunda müxtəlif tədbir və görüşlər baş tutub. Tədbirlərdə iştirak edən qazilər, müharibə iştirakçıları və dövlət rəsmiləri 44 günlük müharibənin qəhrəmanlıq səhifələrindən, torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdən, Qarabağda başlanmış bərpa və quruculuq işlərindən söz açıblar.
Eyni zamanda gənclər arasında şanlı qələbəmizə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual yarışlar və “Zəfərin 5 ili” adlı şahmat turniri keçirilib. Turnirdə müxtəlif yaş kateqoriyaları üzrə gənclər öz bacarıqlarını nümayiş etdiriblər. Yarışlarda fərqlənən gənclər diplom və hədiyyələrlə təltif edilib.
Mərkəzlərdə gənclər üçün Zəfər Gününə həsr edilən “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib, Zəfər ab-havalı konsert proqramları təşkil olunub.
Ölkə ərazisində keçirilən silsilə tədbirlər zamanı gənclər Vətən müharibəsində xalqımızın göstərdiyi igidliyi, Ordumuzun rəşadətini və Azərbaycanın tarixində misilsiz Zəfər səhifəsi kimi həkk olunan qəhrəmanlıq salnaməsini bir daha qürurla xatırlayıblar.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək






































