Sosial
“Azərişıq” ASC-nin sədri Bərdədə vətəndaşları qəbul etdi
“Azərişıq” ASC yenidənqurma və əsaslı təmir-bərpa işləri ilə yanaşı regionlarda maarifləndirici tədbirləri davam etdirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən belə tədbirlərdən biri Bərdədə baş tutub.
Noyabrın 14-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Bərdə Elektrik Şəbəkəsinin inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
“Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif, tövsiyələri dinlənilir. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı


































