Sosial
FHN “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində 1 nömrəli Xüsusi Təyinatlı və Sabunçu Rayon Yanğından Mühafizə Hissəsinin 23 nömrəli Yanğından Mühafizə Bölməsində növbəti “açıq qapı günü” tədbirləri keçirilib.
Publika.az xəbər verir ki, “İndigo” və “Bağçam” uşaq bağçalarının azyaşlı və tərbiyəçiləri üçün təşkil olunmuş “açıq qapı günü”nün keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejimi və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Bundan əlavə, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Nida Xəbər 13:20Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı oldu
-
Maraq dünyası12:50Ərəblər dünyanın ən hündür otelini açdılar - FOTOLAR
-
Avropa12:25Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
-
Nida Xəbər 11:37İlham Əliyev: Mirziyoyev Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə verib
-
İKT11:00BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!
-
MDB10:02Rusiya sovet dövrünə qayıdır: Dron hücumlarını xalqa radio ilə elan edəcəklər
-
İdman09:40Erməni əsilli döyüşçünü təhqirə görə yenə döydülər - VİDEO
-
Elm və təhsil09:00Məktəblərdə payız tətili başladı































.jpg)



