Sosial
Harmancı: "Bu hədəflərə yalnız gənclərin fəal iştirakı ilə çata bilərik”
Azərbaycanda dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün gənclərin fəal iştirakı və rəqəmsal savadlılığı həyati əhəmiyyət daşıyır.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Bakıda keçirilən “Qlobal Gənclər Günü” çərçivəsində təşkil olunan sessiyada çıxışı zamanı bildirib.
O, Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasındakı 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin əhəmiyyətini vurğulayıb, bu sənədin innovasiya, layiqli əmək və insanyönümlü rəqəmsal xidmətlərin inkişafına xüsusi diqqət ayırdığını qeyd edib: “2015-ci ildə qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi sadəcə şüarlar deyil. Onlar yoxsulluğun aradan qaldırılması, planetin qorunması və insanların rifahla yaşaması üçün “yol xəritəsi”dir. Bu hədəflərə yalnız gənclərin fəal iştirakı ilə çata bilərik”.
Hande Harmancı deyib ki, rəqəmsal transformasiya gənclərin potensialının reallaşmasında əsas rol oynayır. Bu baxımdan, BMT Azərbaycanda rəqəmsal bərabərliyin artırılması və xidmətlərin əlçatanlığı üçün proqramlara dəstək göstərir. “BMT hökumət, özəl sektor, universitetlər və gənclər təşkilatlarını bir araya gətirərək dayanıqlı tərəfdaşlıq qurur. Xüsusən də kəndlərə və az xidmət göstərilən regionlara diqqət yetiririk. Məqsədimiz rəqəmsal xidmətlərə bərabər çıxış, innovasiyalar və layiqli iş şəraiti təmin etməkdir”, - deyə o əlavə edib.
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO



































