Sosial
FHN-in idmançısı İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı
Taekvondo üzrə Azərbaycan yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun üzvü Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə əldə edib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, taekvondo üzrə yarışlarda 60kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medala yiyələnməyi bacarıb.
Qeyd edək ki, Q.Maqomedov bu ilin oktyabr ayında keçirilən taekvondo üzrə dünya çempionatında bürünc və 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında gümüş medalın sahibi olub.
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı


































