Sosial
Xaqani bağının yaxınlığındakı 888, 444 və 777 nömrəli maşınlar kimindir?
Bakının mərkəzində çəkilən görüntülər müzakirələrə səbəb olub.
Publika.az Milli.az-ya istinadən xəbər verir ki, restoranlardan birinin qarşısında 888, 444 və 777 nömrələri ilə avtomobillər parklanması geniş müzakirələrə yol açıb.
Həmin ərazidəki qanunsuz parklanmanın şəklini çəkən sosial şəbəkə istifadəçisi AYNA-nın əməkdaşlarını rüşvət almaqda ittiham edib.
AYNA isə şəklə reaksiya verərək həmin avtomobillərinin sürücülərinin sözügedən ərazidə yaşadığını qeyd edib.
"Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlum məlumatla bağlı yoxlama aparılıb. Şəkillərdə göstərilən avtomobillərin həmin ərazidə yerləşən yaşayış binalarında rəsmi qeydiyyatda olan sakinlərə məxsus olduğu müəyyən edilib.
Bir daha bildiririk ki, bu əraziyə yalnız yaxınlıqdakı binalarda qeydiyyatda olan şəxslər və kommunal xidmətlərlə yanaşı operativ xidmət avtomobilləri daxil ola bilər.
Agentlik gələcəkdə yalnız dəqiqləşdirilmiş məlumatlara istinad edilməsini xahiş edir", - açıqlamada qeyd olunub.
Məlumat üçün bildirək ki, həftəsonları Xaqani bağının yaxınlığındakı bəzi küçələrə avtomobillərin girişi 17 mart tarixindən etibarən qadağandır. Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunur.
-
ABŞ07:55Ölüm, od və qəzəb onlara göndəriləcək - Trampdan 20 dəfə daha güclü zərbə anonsu
-
Ekopublika.az07:15Bazarda bu məhsullar bahalaşdı - Video
-
Dünya06:46Zelenskinin Tramp və İranla bağlı yeni planı üzə çıxdı
-
ABŞ04:30ABŞ Hörmüz boğazını ələ keçirə bilər
-
Ekopublika.az03:19Neft yenidən ucuzlaşmağa başladı
-
Region02:18Pezeşkian Ərdoğanla danışdı: Buna hazırıq
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan









.jpg)
























